Avropa İttifaqı Liviyaya maliyyə yardımı ayıracaq

Avropa İttifaqı Liviyaya maliyyə yardımı ayıracaq Mogerini qeyd edib ki, təhlükəsizlik problemi Liviyanın qarşısında duran ən ciddi çağırışlardan biridir
Digər ölkələr
9 Yanvar , 2016 06:08
Avropa İttifaqı Liviyaya maliyyə yardımı ayıracaq

Bakı. 9 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Liviya hökumətinə 100 milyon avro məbləğində maliyyə yardımı ayıracaq.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasi məsələlər üzrə komissarı Federika Mogerini bildirib.

Onun sözlərinə görə, yardım qərarı Liviyanın Ras-Lanuf şəhərində 70 nəfərin ölümü ilə nəticələnən son terror aktından sonra qəbul edilib.

Mogerini qeyd edib ki, təhlükəsizlik problemi Liviyanın qarşısında duran ən ciddi çağırışlardan biridir.

Son xəbərlər

Orphus sistemi