Avropa İttifaqının Ali Məhkəməsi "HƏMAS"ı terrorçu təşkilatlar siyahısından çıxarıb

Avropa İttifaqının Ali Məhkəməsi "HƏMAS"ı terrorçu təşkilatlar siyahısından çıxarıb Təşkilata qarşı məhdudlaşdırcı tədbirlər 3 ay müddətində qüvvədə qalacaq
Digər ölkələr
17 Dekabr , 2014 14:08
Avropa İttifaqının Ali Məhkəməsi HƏMASı terrorçu təşkilatlar siyahısından çıxarıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Ali Məhkəməsi Fələstin İslami Müqavimət Hərəkatının - "HƏMAS"ın terrorçu təşkilatlar siyahısından çıxarılması haqda qərar qəbul edib.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Reuters" yayıb.

Məhkəmə bildirib ki, ittihamlar "HƏMAS"ın fəaliyyəti analiz əsasında deyil, internet və KİV-də yayılan məlumatlara əsasən hazırlanıb.

Bununla belə, təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər 3 ay müddətində qüvvədə qalacaq.

Xatırladaq ki, bir sıra dövlətlər, o cümlədən ABŞ, İsrail, Kanada "HƏMAS"ı terrorçu təşkilat sayır.  

Son xəbərlər

Orphus sistemi