​Avropa Komissiyası "HƏMAS"ı terrorçu təşkilat sayır

​Avropa Komissiyası "HƏMAS"ı terrorçu təşkilat sayır Qurum öz məhkəməsinin qərarına etiraz edəcək
Digər ölkələr
17 Dekabr , 2014 17:59
​Avropa Komissiyası HƏMASı terrorçu təşkilat sayır

Bakı. 17 dekabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Ali Məhkəməsinin qərarına baxmayaraq, Avropa Komissiyası Fələstin İslami Müqavimət Hərəkatını - "HƏMAS"ı terrorçu təşkilat sayır.

"Report" "France-Press" agentliyinə istinadən xəbər verir ki, bu haqda qurumun təmsilçisi Maya Kosyançiç bilidirib.

"Avropa İttifaqı "HƏMAS"ı terrorçu təşkilat sayır. Aİ öz məhkəməsinin qərarına etiraz edəcək", - o əlavə edib.

Xatırladaq ki, Aİ Ali Məhkəməsi "HƏMAS"ın terrorçu təşkilatlar siyahısından çıxarılmasına dair qərar qəbul edib. İsrailin baş naziri Binyamin Netanyahu isə qurumu bu qərara qarşı çıxmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi