Bakı. 8 iyul. REPORT.AZ/ Avro zona ölkələrinin rəhbərləri Yunanıstanın Baş naziri Aleksis Tsiprasla razılığa gəliblər.
"Report" TASS informasiya agentliyinə istinadən xəbər verir ki, avrozona ölkələrinin dövlət və hökumət rəhbərlərinin sammiti Yunanıstanın Avropa valyuta ittifaqında saxlanması barədə Avropa Qrupu qarşısında məqsəd qoyub.
Bildirilir ki, sammitdə Yunanıstanın avrozonada qalması üçün tədbir görülməlidir. Yunanıstan isə iyulun 8-i müvəqqəti razılığın əldə edilməsi üçün təklif verməlidir.
Avropa İttifaqı liderlərinin yekun qərarı vermək üçün iyulun 12-də Brüsseldə təkrar sammit keçirmək qərarına gəldiyini də bildirilir.