​ATƏT müşahidəçiləri ilk dəfə Ukraynada Rusiyanın ağır odsaçan artilleriya sistemini aşkar edib

​ATƏT müşahidəçiləri ilk dəfə Ukraynada Rusiyanın ağır odsaçan artilleriya sistemini aşkar edib Müşahidəçilər Donbasda "Buratino" reaktiv odsaçan sistemini tapıblar
Digər ölkələr
2 Oktyabr , 2015 17:37
​ATƏT müşahidəçiləri ilk dəfə Ukraynada Rusiyanın ağır odsaçan artilleriya sistemini aşkar edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ ATƏT müşahidəçiləri Donbasda "Buratino" ağır odsaçan sistemini aşkar edib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında dərc edilən hesabatda deyilir. Hesabatda qeyd olunub ki, müşahidəçilər "Buratino" sistemini Ukraynanın şərqində ilk dəfədir görürlər.

Ukraynadakı ATƏT-in müşahidə missiyası rəhbərinin müavini Aleksandr Huq "Reuters"ə açıqlamasında bildirib ki, "Buratino" sistemini Luqansk vilayətinin Kruglik kəndindəki poliqonda görüb.

"Buratino" reaktiv odsaçan sistemi termobarik raketlərlə təchiz olunub və hədəf ətrafında alışqan maye səpir, sonra isə həmin maye alışır. Belə silah bir mərmi ilə bir neçə kvartalı məhv edə bilir.

Bu sistemlər yalnız Rusiyada istehsal olunur və onlar əvvəllər Donbasda münaqişə başlayana qədər Ukraynaya ixrac olunmayıb.

Son xəbərlər

Orphus sistemi