ATƏT: Münaqişə müddətində Ukraynanın şərqində 4 mindən artıq insan həlak olub

ATƏT: Münaqişə müddətində Ukraynanın şərqində 4 mindən artıq insan həlak olub Xüsusi nümayəndə: "Həll perspektivləri hələ də qeyri-müəyyəndir"
Digər ölkələr
20 Noyabr , 2014 16:37
ATƏT: Münaqişə müddətində Ukraynanın şərqində 4 mindən artıq insan həlak olub

Bakı. 20 noyabr. REPORT.AZ/ Münaqişə müddətində Ukraynanın şərqində 4 mindən artıq insan həlak olub, on minlərlə insan yaralanıb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Xaydi Talyavi bu təşkilatın Daimi Şurasının iclasında bildirib.

"4 mindən artıq insan həlak olub, on minlərlə insan yaralanıb, yüz minlərlə insan regionu tərk etmək məcburiyyətində qalıb" - deyə, o qeyd edib. 

ATƏT nümayəndəsinin fikrincə, "həll perspektivləri hələ də qeyri-müəyyəndir". "Regionun sabitliyi baxımından böhran hələ də çox təhlükəlidir. Lakin buna ciddi yanaşmasaq, bu, Avropa üçün də böyük təhlükə yaradır" - deyə, o vurğulayıb

Son xəbərlər

Orphus sistemi