​ATƏT: Luqansk kasset bombaları ilə atəşə tutulub

​ATƏT: Luqansk kasset bombaları ilə atəşə tutulub Atəş nəticəsində yerli sakinlərdən biri ölüb
Digər ölkələr
4 Fevral , 2015 04:38
​ATƏT: Luqansk kasset bombaları ilə atəşə tutulub

Bakı. 4 fevral. REPORT.AZ/ATƏT-in Monitorinq missiyası Luqanskın rayonlarından birinin kasset bombaları ilə atəşə tutulduğu barədə məlumat yayıb.

"Report"un BBC-yə istinadən verdyi məlumata görə, missiyanın hesabatında bildirilir ki, əsasən birmərtəbəli evlərin yerləşdiyi Artyomovski rayonuna baxış zamanı, evlərin və hasarların kasset bombası partlayışı üçün xarakterik olan şəkildə zərər çəkməsi aşkar edilib.

Bundan əlavə, bu cür bombaların "Smerç" tipli raket daşıyıcılarının hissələri tapılıb. ATƏT müşahidəçilərinin rəyinə görə, raketlər ölkənin şimal-qərbindən atılıb.

Atəş nəticəsində rayonun yerli sakinlərindən biri ölüb.

Kasset bombaları havada ikən parçalanaraq ətrafa böyük sayda dağıdıcı element atır.

Son xəbərlər

Orphus sistemi