ATӘT Avstriyaya xəbərdarlıq edib

ATӘT Avstriyaya xəbərdarlıq edib ATƏT Avstriyaya "İslam qanun layihəsi" ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
7 Dekabr , 2014 10:03
ATӘT Avstriyaya xəbərdarlıq edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) rəsmiləri, Avstriyada gündəmə gələn müsəlman icmalalarına dair qanun layihəsi ilə bağlı narazılıqlarını dilə gətiriblər.

"Report" xəbər verir ki, ATƏT-in Demokratik təsisatlar və İnsan hüquqlari ofisinin hazırladığı 21 səhifəlik "Avstriya Hesabatı" artıq təşkilatın internet saytında yerlәşdirilib.

Hesabatda vurğulanır ki heç bir islahat beynəlxalq hüququn təməl prinsiplərinә zidd aparılmamalıdır vә bu səbəblə sözü gedən qanun layihəsində də bəzi maddәlәr lәğv edilməlidir.

Qeyd edәk ki, təxminən 8 milyon insanən yaşadığı Avstriyada 500 min müsәlman var.

Son xəbərlər

Orphus sistemi