Assanj: "BMT-nin İşçi Qrupunun qərarı ayrı-ayrı ölkələrin fikirlərindən daha vacibdir"

Assanj: "BMT-nin İşçi Qrupunun qərarı ayrı-ayrı ölkələrin fikirlərindən daha vacibdir" "Böyük Britaniya BMT-nin qərarına etiraz edə bilməz"
Digər ölkələr
5 Fevral , 2016 17:30
Assanj: BMT-nin İşçi Qrupunun qərarı ayrı-ayrı ölkələrin fikirlərindən daha vacibdir

Bakı. 5 fevral. REPORT.AZ/ "WikiLeaks" saytının yaradıcısı Culian Assanj Ekvadorun Böyük Britaniyadakı səfirliyindən bəyanat yayıb.

"Report"un məlumatına görə, o, "Skype" vasitəsilə müraciətində Böyük Britaniyanın BMT-nin İşçi Qrupunun qərarına etiraz edə bilməyəcəyini diqqətə çatdırıb. Məsələ burasındadır ki, BMT-nin İşçi Qrupu C.Assanjın səfirliyin binasını tərk edə və bu müddətdə ona binadan çıxmağa icazə verməyən İsveçlə Böyük Britaniyadan kompensasiya tələb edə biləcəyiylə bağlı qərar qəbul edib.

O, həmçinin BMT-nin İşçi Qrupuna ədalətli qərara görə təşəkkür edib: "İşçi Qrupunun qərarı ayrı-ayrı ölkələrin fikirlərindən daha vacibdir".

Xatırladaq ki, Assanj 2014-cü ilin sentyabrında BMT-yə müraciət ünvanlayaraq, səfirlikdə qalıb çölə çıxa bilməməsinin qanunsuz olduğunu bildirmişdi. Ekvador səfirliyinə isə o, 2012-c ildə İsveçə ekstradisiyadan yayınmaq üçün sığınacaq istəyərək qəbul edilmişdi.

Qeyd edək ki, Britaniya polisi BMT-nin məlum qərarına rəğmən, "WikiLeaks" saytının yaradıcısını Ekvador səfirliyinin binasını tərk edən kimi həbs və ardından İsveçə ekstradisiya edəcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi