Argentinada terrorçuluqda şübhəli bilinən Livan vətəndaşı saxlanılıb

Argentinada terrorçuluqda şübhəli bilinən Livan vətəndaşı saxlanılıb Əl Səid ABŞ və Braziliyanın hüquq-mühafizə orqanları tərəfindən axtarılırmış
Digər ölkələr
8 Sentyabr , 2016 08:36
Argentinada terrorçuluqda şübhəli bilinən Livan vətəndaşı saxlanılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Argentinanın hüquq-mühafizə orqanları beynəlxalq hava limanında terrorçuluqda iştirakda şübhəli bilinən Livan vətəndaşını  həbs ediblər.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər yayıb.

Məlumata görə, Xəlil Məhəmməd Əl Səid saxta Paraqvay sənədləri ilə Argentina aeroportuna daxil olarkən saxlanılıb.

Bildirilir ki, ABŞ-ın hüquq-mühafizə orqanları onun sorğu-sual edilməsi üçün order veriblər. 

Əl Səidi həmçinin Brazilyanın hüquq-mühafizə orqanları da narkotiklərin qanunsuz dövriyyəsinə və silah satışına görə axtarır. 

Son xəbərlər

Orphus sistemi