Bakı. 14 fevral. REPORT.AZ/ Argentina prezidenti Kristina Fernandes de Kirşnerə qarşı 1994-cü ildə törədilən terror aktına dair iş üzrə rəsmi ittiham irəli sürülüb.
"Report" xəbər verir ki, prokuror Jerardo Pollisita 20 il əvvəl törədilən terror aktına dair iş üzrə faktların gizlədilməsində prezidentin rolu və onun İran xüsusi xidmət orqanları ilə məxfi işbirliyinin araşdırılması xahişi ilə federal məhkəməyə müraciət edib.
"La Nacion" qəzeti yazır ki, Pollisita yanvarın 19-da öz mənzilində ölü tapılan Argentina federal prokuroru Alberto Nismanın işini aparır.
Dövlət başçısı ilə yanaşı ölkənin xarici işlər naziri Ektor Timerman, hakim partiyanın deputatı Andres Larrok, fəal Lui d'Elia və Kverbaxo milli siyasi təşkilatının lideri Fernando Esteçeyə qarşı da irəli sürülüb.