Argentina prezidenti xarici işlər naziri Susana Malkorrunun BMT-ın baş katibi postuna namizədliyini irəli sürüb

Argentina prezidenti xarici işlər naziri Susana Malkorrunun BMT-ın baş katibi postuna namizədliyini irəli sürüb Susanna Malkorra bir vaxtlar BMT baş katibi Pan Gi Mun administrasiyasının rəisi işləyib.
Digər ölkələr
21 May , 2016 05:54
Argentina prezidenti xarici işlər naziri Susana Malkorrunun BMT-ın baş katibi postuna namizədliyini irəli sürüb

Bakı. 21 May. REPORT.AZ/ Argentina prezidenti Maurisio Makri bu ölkənin xarici işlər naziri Susana Malkorrunun BMT-ın baş katibi postuna namizədliyini irəli sürüb. "Report" xəbər verir ki, bu haqda xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, o, BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lükketofa və Təhlükəsizlik Şurasının sədri Amra Abdel Latif Abu Əl Əttaya bununla bağlı rəsmi məktub göndərib.

Susanna Malkorra Argentinanın xarici işlər naziri vəzifəsinə təyin olunmazdan əvvəl BMT-nin baş katibi Pan Gi Mun administrasiyasının rəisi işləyib. Bundan əvvəl isə xanım nazir baş katibin müavini olub.

O, BMT-ın inzibati başçısı postuna 10-cu iddialıdır.

Namizədlərdən 7 nəfəri Şərqi Avropa ölkələrini təmsil edir: Monteneqronun xarici işlər naziri İqor Lukşiç, YUNESKO-nun baş katibi İrina Bokova, Sloveniyanın sabiq prezidenti Danilo Türk, həmçinin Makedoniya, Moldova, Serbiya və Xorvatiyanın sabiq xarici işlər nazirləri. Portuqaliya öz növbəsində sabiq baş nazir Antonio Qutteriş, Yeni Zellandiya isə BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klarkın namizədliyini təklif edib.

Qeyd edək ki, 2007-ci ilin 1 yanvarından BMT-nin baş katibi vəzifəsində çalışan Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.

Yeni baş katib TŞ-nin təqdimatı ilə Baş Assambleya tərəfindən təyin olunur. Namizədlərin nəzərdən keçirilməsinə iyulda başlanacaq.

BMT-ın səkkiz birinci katibindən indiyə qədər heç biri Şərqi Avropa dövlətlərini təqdim etmirdi. Bundan əlavə, onların hamısı kişi idilər. Çoxları hesab edir ki, bu faktorlar təşkilatın yeni rəhbərinin seçimi vaxtı böyük əhəmiyyətə malik olacaq.

Son xəbərlər

Orphus sistemi