​Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 45 nəfər ölüb

​Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 45 nəfər ölüb Qəza nəticəsində onlarla insan itkin düşüb
Digər ölkələr
28 May , 2016 01:11
​Aralıq dənizində miqrantları daşıyan gəmi batıb, 45 nəfər ölüb

Bakı. 28 may. REPORT.AZ/ İtaliyanın Hərbi Dəniz Qüvvələri cümə günü Aralıq dənizində növbəti gəmi qəzası nəticəsində ölən 45 miqrantın meyitini aşkar edib.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, qəza zamanı onlarla insan itkin düşüb.

" "Vega" gəmisi batmaqda olan qayıqdan 135 miqrantı xilas edib. 45 meyit aşkar edilib, axtarışlar davam edir", — deyə İtaliya HDQ-nin "twitter" mikrobloqunda qeyd olunub.

Bu, son üç gün ərzində üçüncü gəmi qəzası olub.

Son xəbərlər

Orphus sistemi