​Aralıq dənizində 800 miqrant həlak olmuş hesab edilib

​Aralıq dənizində 800 miqrant həlak olmuş hesab edilib Sağ qalanlardan ikisi insan alverində şübhəli bilinərək həbs edilib
Digər ölkələr
21 Aprel , 2015 06:53
​Aralıq dənizində 800 miqrant həlak olmuş hesab edilib

Bakı. 21 aprel. REPORT.AZ/ BMT aprelin 19-da İtaliya sahillərində qəzaya uğrayan gəmidə ölən insanların sayını açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 800 miqrant Aralıq dənizində gəminin qəzaya uğraması nəticəsində həlak olmuş hesab edilib

"Biz deyə bilərik ki, 800 nəfər həlak olub", - BMT-nin İtaliyadakı nümayəndəsi Karlotta Sami bildirib.

Bundan əvvəl qəza nəticəsində sağ qalanlardan iki nəfər insan alverində şübhəli bilinərək həbs edilib. Ümumilikdə 30-a yaxın sərnişini xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi