​Anqolada bu il 300 nəfər sarı qızdırmadan ölüb

​Anqolada bu il 300 nəfər sarı qızdırmadan ölüb Virusun bütün dünyada yayılma riski var
Digər ölkələr
19 May , 2016 23:28
​Anqolada bu il 300 nəfər sarı qızdırmadan ölüb

Bakı. 19 may. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cari ilin 4 ayı ərzində sarı qızdırmaya 2,4 min yoluxma halı qeydə alıb. Eyni zamanda Anqolada bu xəstəlik 300 nəfərin ölümü ilə nəticələnib.

"Report" xəbər verir ki, bu barədə ÜST-nin baş direktorunun köməkçisi Brüs Eylvard məlumat verib.

"Yüksək ölüm səviyyəsi xəstəliyin potensial təhlükəli xarakter daşıdığını təsdiqləyir və onun bütün dünyada yayılması riski var", - deyə "Reuters" Eylvardın sözlərini sitat gətirib.

Sarı qızdırma - kəskin virus xəstəliyidir. Xəstəlik ağcaqanadlar vasitəsi ilə keçir.

Son xəbərlər

Orphus sistemi