​Anqola prezidenti hakimiyyətinin 40-cı ilində istefa verəcək

​Anqola prezidenti hakimiyyətinin 40-cı ilində istefa verəcək Ölkədə növbəti prezident seçkisinin 2018-ci ildə keçirilməsi nəzərdə tutulub
Digər ölkələr
11 Mart , 2016 15:21
​Anqola prezidenti hakimiyyətinin 40-cı ilində istefa verəcək

Bakı. 11 mart. REPORT.AZ/ "Siyasi karyeramı 2018-ci ildə başa vuracağım haqda qərar qəbul etmişəm".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Anqola prezidenti Joze Eduardu duş Santuş deyib.

O, 1979-cu il sentyabrın 21-dən Anqolaya başçılıq edir.

Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənayesi Universiteti) məzunudur.

O, 1942-ci ildə anadan olub.

Qeyd edək ki, Anqolada növbəti prezident seçkisinin 2018-ci ildə keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi