Angela Merkelin ofisində axtarışlar başa çatıb - YENİLƏNİB

Angela Merkelin ofisində axtarışlar başa çatıb - YENİLƏNİB Almaniya kanslerinin ofisi şübhəli bağlama səbəbiylə bağlanmışdı
Digər ölkələr
6 Yanvar , 2016 15:19
Angela Merkelin ofisində axtarışlar başa çatıb - YENİLƏNİB

Bakı. 6 yanvar. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin Berlinin mərkəzindəki ofisində axtarışlar başa çatıb və bina ətrafındakı polis mühasirəsinə ehtiyac qalmayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ofisin qarşısında növbə çəkən polislərdən biri məlumat verib.

Onun sözlərinə görə, axtarışlar başa çatsa da, heç bir şübhəli əşya tapılmayıb

*** 12:25

Almaniya kansleri Angela Merkelin ofisi şübhəli bağlama səbəbiylə bağlanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Berlində Federal polisin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, polis şübhəli bağlamanı araşdırır.

Son xəbərlər

Orphus sistemi