Angela Merkel Nadejda Savçenkoya tezliklə sağalmasını arzulayıb

Angela Merkel Nadejda Savçenkoya tezliklə sağalmasını arzulayıb Bu, humanitar məsələlərin həllinə və Minsk razılaşmasına uyğun olaraq hərbi əsirlərin mübadiləsinə təkan verəcək
Digər ölkələr
26 May , 2016 04:19
Angela Merkel Nadejda Savçenkoya tezliklə sağalmasını arzulayıb

Bakı. 26 may. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel ukraynalı xanım pilot Nadejda Savçenkonun rusiyalı hərbçilər Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla mübadilə yolu ilə azadlığa çıxmasını alqışlayıb.

"Report" DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın nazirlər kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.

Onun sözlərinə görə, Almaniya hökuməti bu addımın humanitar məsələlərin həllinə və Minsk razılaşmasına uyğun olaraq hərbi əsirlərin mübadiləsinə təkan verəcəyinə ümid edir: "Merkel Savçenkoya tezliklə sağalmasını və doğmalarının əhatəsinə müvəffəqityyətlə qayıtmağı arzulayıb".

Qeyd edək ki, ukraynalı xanım pilot Nadejda Savçenkonun rusiyalı hərbçilər Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla mübadiləsi barədə razılıq "Normand dördlüyü" formatında baş tutmuş telefon danışıqları zamanı əldə edilib.

Danışıqlarda Almaniya, Fransa, Rusiya və Ukraynanın rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, mübadilə barədə məlumat dünən yayılıb. Göyərtəsində Nadejda Savçenko olan təyyarə Rostov-Dondan Kiyevə, rusiyalı hərbçilər olan hava gəmisi isə Kiyevdən Moskvaya uçub.

Son xəbərlər

Orphus sistemi