Bakı. 20 fevral. REPORT.AZ/ "Avropa İttifaqına üzv dövlətlərin liderləri Suriyada uçuşsuz zonaların yaradılması təşəbbüsünü dəstəkləyir". "Report" "Reuters" istinadən xəbər verir ki, bunu Brüsseldə jurnalistlərin suallarını cavablandıran Almaniya kansleri Angela Merkel bildirib.
O, bildirib ki, uçuşsuz zonalar danışıqlar yolu ilə müəyyənləşməlidir.
"Bu zonalarda yerləşən insanlar özlərini təhlükədə hiss etməyəcəklər", - deyən Merkel, Ankarada törədilən qanlı terror aktından sonra Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə qarşı olduğunu vurğulayıb.