Amnesty: İsrailin Qəzzadakı binalara hücumu "hərbi cinayətdir"

Amnesty: İsrailin Qəzzadakı binalara hücumu "hərbi cinayətdir" 50 günlük hərbi əməliyatlar nəticəsində 2189 Fələstinli və 73 İsrail vətəndaşı həlak olub
Digər ölkələr
10 Dekabr , 2014 01:52
Amnesty: İsrailin Qəzzadakı binalara hücumu hərbi cinayətdir

Bakı. 10 dekabr. REPORT.AZ/Amnesty İnternational təşkilatı İsrailin yaşayış binalarını bilərəkdən və birbaşa hədəf alaraq dağıtmaqla "hərbi cinayət" törətdiyini bəyan edib.

Report BBC-yə istinadən xəbər verir ki, Amnesty İnternational-in son hesabatında İsrail silahlı qüvvələrinin beynəlxalq qanunları pozaraq, Həmasla 50 gün davam edən hərbi münaqişə zamanı mülki şəxslərə və onların əmlakına minimum zərər verilməsi üçün müvafiq tədbirlər görmədiyi bildirilir.

Vurğulanır ki, Qəzza zolağının bombardmanı zamanı çox sayda insanın yaralanıb, yüzlərlə insan evini, işini və əmlakını itirib.

Qeyd edək ki, sözü gedən beynəlxalq təşkilat ilk dəfə deyil ki İsraili ifrat dərəcədə gücdən istifadə etməkdə ittiham edir.

Xatırladaq ki, 50 günlük hərbi əməliyatlar nəticəsində 2189 Fələstinli və 73 İsrail vətəndaşı həlak olub.

Son xəbərlər

Orphus sistemi