Amerikalı polislər 52 yaşlı kişini güllələyib

Amerikalı polislər 52 yaşlı kişini güllələyib Həmin şəxs ABŞ polis zabitlərini öldürəcəyi ilə hədələdiyi videoyazı yerləşdirib
Digər ölkələr
31 Dekabr , 2014 10:05
Amerikalı polislər 52 yaşlı kişini güllələyib

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ-ın Dreksel-Hill şəhərində (Pensilvaniya ştatı) polislər onları öz avtomobilində vurmaq istəyən şəxsi güllələyib. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları açıqlama verib. 

Hələlik adı açıqlanmayan kişi hüquq-mühafizə orqanları tərəfindən terrorizmdə şübhəli qismində axtarışda olub. O internetdə polis zabitləri və Federal Tədqiqatlar Bürosunun (FTB) əməkdaşlarını öldürəcəyi ilə hədələdiyi videoyazı yerləşdirib. Qanun keşikçiləri şübhəli şəxsi evində həbs etmək istəyib, lakin o öz avtomobili ilə qaçmağa müvəffəq olub. 

Təqibdən sonra polislər avtomobili mühasirəyə alıb, lakin şəxs nəqliyyat vasitəsini tərk etməkdən imtina edib. 

"O, bir neçə polisi vurmaq istəyib və Klifton şəhərinin polis rəisinin maşınına çırpılıb. Zabitlər özlərini xilas etmək üçün ona bir neçə dəfə atəş açıblar", - yerli polis idarəsinin rəsmi nümayəndəsi Maykl Çitvud bildirib. İlkin məlumatlara görə, öldürülən ağdərili kişinin 52 yaşı olub. 

Son xəbərlər

Orphus sistemi