​Amerikalı general: "Rusiya ilə kəşfiyyat mübadiləsi aparmağı planlaşdırmırıq"

​Amerikalı general: "Rusiya ilə kəşfiyyat mübadiləsi aparmağı planlaşdırmırıq" Robert Otto: "Rusiya qırıcıları ABŞ-ın Suriyada dəstəklədiyi yerli müxalifətin mövqelərini bombalamayıb"
Digər ölkələr
1 Oktyabr , 2015 19:51
​Amerikalı general: Rusiya ilə kəşfiyyat mübadiləsi aparmağı planlaşdırmırıq

Bakı. 1 oktyabr. REPORT.AZ/ Pentaqon Suriyada terrorçuluğa qarşı mübarizədə ən azı indiki mərhələdə Rusiya ilə kəşfiyyat mübadiləsi aparmağı planlaşdırmır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri Qərargah rəisinin kəşfiyyat üzrə müavini general-leytenant Robert Otto jurnalistlərə bildirib.

"Əgər Moskva Suriyada genişmiqyaslı antiterror əməliyyatı keçirməyi təklif edərsə, Vaşinqton buna hazırdımı" suala cavabında general-leytenant deyib: "Rusiyalılarla kəşfiyyat məlumatlarını bölüşməyə şəraitin yarandığını görmürəm".

Amerikalı general bildirib ki, Rusiya Kosmik-Hava Qüvvələri ABŞ-ın Suriyada dəstəklədiyi yerli müxalifətin mövqelərini bombalamayıb. 

Son xəbərlər

Orphus sistemi