​Amerikalı general Parisdə törədilən terrorda "əl-Qaidə"nin iştirakına şübhə ilə yanaşır

​Amerikalı general Parisdə törədilən terrorda "əl-Qaidə"nin iştirakına şübhə ilə yanaşır "Fikrimcə, o, "əl-Qaidə" liderlərindən biri deyil"
Digər ölkələr
12 Yanvar , 2015 11:59
​Amerikalı general Parisdə törədilən terrorda əl-Qaidənin iştirakına şübhə ilə yanaşır

Bakı. 12 yanvar. REPORT.AZ/ Amerikalı general Parisdə çıxan "Charlie Hebdo" satirik jurnalının redaksiyasına silahlı hücumda "əl-Qaidə"nin əlinin olmasına şübhə ilə yanaşıb.

"Report" "The Hill"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş qərargahlar komitəsinin rəisi, general Martin Dempsi müsahibəsində deyib.

"Onlardan birinin Yəmənlə ailə və məktəb əlaqələrinin olması, həmin şəxsin bu ölkədə hazırlıq keçdiyini təsdiqləyir. Fikrimcə, o, "əl-Qaidə" liderlərindən biri deyil və bununla bağlı əlaqə aşkar edilməyib", - general bildirib.

Xatırladaq ki, ABŞ-ın baş prokuroru Erik Holder "CNN"ə müsahibəsində Parisdəki terrorun məsuliyyətini hansı qrupun üzərinə götürməsi haqda ölkəsinin "əsaslı məlumat"ı olmadığını bildirib.

Qeyd edək ki, "əl-Qaidə"nin Ərəb yarımadasındakı qruplaşması "Charlie Hebdo"a hücumda iştirak etdiyi haqda bəyanat vermişdi.

Son xəbərlər

Orphus sistemi