​"American Airlines" Fransa paytaxtına uçuşları dayandırıb

​"American Airlines" Fransa paytaxtına uçuşları dayandırıb Hazırda "Şarl de Qoll" Beynəlxalq Hava Limanı açıqdır
Digər ölkələr
14 Noyabr , 2015 07:45
​American Airlines Fransa paytaxtına uçuşları dayandırıb

Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ-ın "American Airlines Group" aviaşirkəti İŞİD-in noyabrın 13-ü axşam saatlarında Parisdə silsilə terror aktları törətməsindən dərhal sonra Fransa paytaxtına uçuşlarını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Coşua Fridə istinadən "Reuters" məlumat yayıb.

"Hazırda "Şarl de Qoll" Beynəlxalq Hava Limanı açıqdır, lakin biz əlavə məlumat alana qədər bu axşam Parisə uçuşları saxlayırıq", — deyə o bildirib.

Fransanın Xarici İşlər Nazirliyi noyabrın 13-də bəyan edib ki, ölkə ilə hava və dəmir yolu əlaqəsi kəsilməyəcək, giriş və çıxış sərbəst olaraq qalacaq.

Son xəbərlər

Orphus sistemi