Alp dağlarında beş məktəblinin axtarışı davam etdirilir

Alp dağlarında beş məktəblinin axtarışı davam etdirilir Kəskin hava şəraiti, güclü külək və duman xilasedicilərin işini çətinləşdirir
Digər ölkələr
13 Yanvar , 2016 22:09
Alp dağlarında beş məktəblinin axtarışı davam etdirilir

Bakı. 13 yanvar. REPORT.AZ/ Alp dağlarında baş verən qar uçqunu nəticəsində itkin düşən beş məktəblinin axtarışı davam etdirilir. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Le Dez Alp kurort mərkəzinin yaxınlığında 10 şagird və bir müəllimdən ibarət qrup qar uçqununun altında qalıb.

Uçqun altından çıxarılan bir məktəbli dünyasını dəyişib, daha üç uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.

Kəskin hava şəraiti, güclü külək və duman xilasedicilərin işini çətinləşdirir.

Son xəbərlər

Orphus sistemi