​Almaniyaya müraciət edən qaçqınların sayı 66 faiz azalıb

​Almaniyaya müraciət edən qaçqınların sayı 66 faiz azalıb Nazir bunu Avropa İttifaqı ilə Türkiyə arasında qaçqınların məsələsi ilə bağlı əldə edilən razılıqla əlaqələndirib
Digər ölkələr
8 Aprel , 2016 16:50
​Almaniyaya müraciət edən qaçqınların sayı 66 faiz azalıb

Bakı. 8 aprel. REPORT.AZ/ Fevral ayı ilə müqayisədə martda Almaniayaya sığınmaq üçün müraciət edən qaçqınların sayı 66 faiz azalıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Tomas de Mezera bildirib.

Onun sözlərinə görə, ötən ilin IV rübündə Almaniyadan sığınacaq almaq üçün 500 min qaçqın müraciət etmişdisə, cari ilin yanvarında onları sayı 170 min nəfərə olub: "2015-ci ilin dekabrında 120 min, bu ilin yanvarında 90 min, fevralda 60 min, martda isə 20 min nəfər sığınacaq almaq üçün müraciət edib".

Nazir bunu Avropa İttifaqı ilə Türkiyə arasında qaçqınların məsələsi ilə bağlı əldə edilən razılıqla əlaqələndirib. 

Son xəbərlər

Orphus sistemi