​Almaniyanın XİN rəhbəri: "Münhendəki atışmanın səbəbləri hələlik aydınlaşdırılmayıb"

​Almaniyanın XİN rəhbəri: "Münhendəki atışmanın səbəbləri hələlik aydınlaşdırılmayıb" Qanlı olayın motivləri müəyyən olunmayıb
Digər ölkələr
23 İyul , 2016 02:43
​Almaniyanın XİN rəhbəri: Münhendəki atışmanın səbəbləri hələlik aydınlaşdırılmayıb

Bakı. 23 iyul. REPORT.AZ/ "Münhendəki silahlı insidentin səbəbləri hələlik aydınlaşdırılmayıb". 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Nazirin sözlərinə görə, hadisənin səbəbləri müəyyən edilməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına ziddiyyətli məlumatlar daxil olur. Hüquq-mühafizə orqanları insanların həyatını xilas etmək və onları təhlükədən uzaq etmək üçün bütün imkanlardan istifadə edirlər.

"Biz son saatlarda dünyanın hər yerindən həmrəylik ifadə edən çoxsaylı xəbərlər alırıq. Bu saatlarda avropalı dostlarımızın və beynəlxalq tərəfdaşlarımızın bizimlə olduqlarını bilmək çox vacibdir" – deyə nazir əlavə edib. 

Bu, Münhendəki silahlı insidentdən sonra ölkənin ilk hökumət üzvünün açıqlamasıdır.

Qeyd edək ki, dünən Münhendəki ticarət mərkəzində baş vermiş atışma nəticəsində 9 nəfər ölüb, ən azı 10 nəfər xəsarət alıb. Hadisənin 3 silahlı şəxs tərəfindən törədildiyi bildirilir.

Polis cinayətkarların axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi