​Almaniyanın kəşfiyyatçı-təyyarəsi Suriya və İraq üzərindən ilk uçuşu edib

​Almaniyanın kəşfiyyatçı-təyyarəsi Suriya və İraq üzərindən ilk uçuşu edib Almaniya Silahlı Qüvvələrinin təmsilçisi "kəşfiyyatçılar"ın tapşırığı uğurla yerinə yetirdiklərini bildirib
Digər ölkələr
8 Yanvar , 2016 19:58
​Almaniyanın kəşfiyyatçı-təyyarəsi Suriya və İraq üzərindən ilk uçuşu edib

Bakı. 8 yanvar. REPORT.AZ/ Almaniya Silahlı Qüvvələrinə aid "Tornado" kəşfiyyatçı-təyyarə ilk dəfə Suriya və İraq üzərindən uçuş edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniya Silahlı Qüvvələrinin təmsilçisi bildirib.

Məlumata görə, Türkiyədəki İncirlik bazasından İraq və Suriya hava məkanına uçan iki təyyarə uğurla geri dönüb.

Təmsilçi bildirib ki, "kəşfiyyatçılar" tapşırığı uğurla yerinə yetiriblər.

Qeyd edək ki, dekabrın 4-də Almaniya parlamenti hökumətin Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşulması haqda qərarını təsdiqləyib. Almaniya ordusu 2016-cı il dekabrın 31-dək İŞİD-ə qarşı koalisiyada iştirak edəcək. Hökumət bunun üçün 134 milyon avro maliyyə vəsaiti ayırıb.

Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı-təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.

Son xəbərlər

Orphus sistemi