Almaniyanın keçmiş prezidenti vəfat edib

Almaniyanın keçmiş prezidenti vəfat edib O, 1974-1979-cu illərdə AFR-in prezidenti olub
Digər ölkələr
24 Avqust , 2016 17:47
Almaniyanın keçmiş prezidenti vəfat edib

Bakı. 24 avqust. REPORT.AZ/ Almaniya Federativ Respublikasının (AFR) keçmiş prezidenti Valter Şeel 97 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Almaniya KİV-i məlumat yayıb.

Qeyd edək ki, Valter Şeel 1919-cu il iyulun 8-də Almaniyanın Reyn vilayətinin Xyoşayd şəhərində dünyaya gəlib. Şeel 1974-1979-cu illərdə Almaniyanın prezidenti, 1969-74-cü illərdə kanslerin müavini və xarici işlər naziri,1961-66-cı illərdə AFR-in iqtisadi əməkdaşlıq və inkişaf naziri olub. 

Son xəbərlər

Orphus sistemi