​Almaniya kansleri ölkə XİN-in başçısının prezidentliyə namizədliyini dəstəkləməyəcək

​Almaniya kansleri ölkə XİN-in başçısının prezidentliyə namizədliyini dəstəkləməyəcək İndiki prezident Yoaxim Qaukun səlahiyyət müddəti 2017-ci ildə başa çatır
Digər ölkələr
30 Aprel , 2016 14:46
​Almaniya kansleri ölkə XİN-in başçısının prezidentliyə namizədliyini dəstəkləməyəcək

Bakı. 30 aprel. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel ölkənin indiki xarici işlər naziri Frank-Valter Ştaynmayerin növbəti seçkidə prezidentliyə namizədliyini dəstəkləməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniyada çıxan həftəlik "Der Spiegel" qəzeti məlumat yayıb.

Qeyd edək ki, A.Merkel həm də Xristian-Demokrat İttifaqı Partiyasının lideridir. Frank-Valter Ştaynmayer isə Sosial Demokrat Partiyasının üzvüdür. Bu iki siyasi təşkilat koalisiya hökumət yaradıb. Ona görə də siyasi müşahidəçilər hesab edirlər ki, gələn il keçiriləcək prezident seçkisində iki siyasi təşkilat vahid namizədlə iştirak edəcək.

İndiki prezident Yoaxim Qaukun səlahiyyət müddəti 2017-ci ildə başa çatır. 76 yaşlı prezident isə gələcək planlarından hələ bəhs etməyib. 

Son xəbərlər

Orphus sistemi