Almaniyanın Bremen şəhərində sakinlər üçün təhlükəli sayılan Əlcəzair vətəndaşı saxlanılıb

Almaniyanın Bremen şəhərində sakinlər üçün təhlükəli sayılan Əlcəzair vətəndaşı saxlanılıb Polis hesab edirdi ki, psixatriya müalicəxanasından qaçmış şəxs ticarət mərkəzindəki insanlar üçün təhlükəlidir
Digər ölkələr
28 İyul , 2016 03:22
Almaniyanın Bremen şəhərində sakinlər üçün təhlükəli sayılan Əlcəzair vətəndaşı saxlanılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Almaniyanın Bremen şəhər polisi ticarət mərkəzi işçilərinin və alıcıların təxliyə edilməsinə səbəb olmuş əlcəzairlini saxlayıb.

"Report"un məlumatına bu barədə "Reuters" agentliyi polisə istinadən xəbər yayıb.

Qeyd edək ki, Bremendəki ticarət mərkəzinin işçiləri və alıcıları bir neçə saat bundan əvvəl təxliyə olunmuşdu.

Polis hesab edirdi ki, Saksoniya vilayətindəki psixatriya müalicəxanasından qaçmış əlcəzairli ticarət mərkəzindəki insanlar üçün təhlükəlidir.

Lakin buna baxmayaraq hüquq-mühafizə orqanlarının ticarət mərkəzində terror aktı təhlükəsi ilə bağlı xəbərdarlığı sonradan ləğv edildi.

Son xəbərlər

Orphus sistemi