Almaniyalı nazir ABŞ-a Yunanıstanı Puerto-Riko ilə dəyişməyə təklif edib

Almaniyalı nazir ABŞ-a Yunanıstanı Puerto-Riko ilə dəyişməyə təklif edib Hazırda ABŞ valyutasından istifadə edən Puerto-Riko böhran keçirsə də, borcu Yunanıstanın borcundan xeyli azdır
Digər ölkələr
11 İyul , 2015 03:13
Almaniyalı nazir ABŞ-a Yunanıstanı Puerto-Riko ilə dəyişməyə təklif edib

Bakı. 11 iyul. REPORT.AZ/ Yunanıstanın dövlət borcu ilə bağlı sərt mövqeyi ilə məşhur olan Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bu ölkənin hökuməti tərəfindən qəbul edilən böhran əleyhinə tədbirlərə nikbin yanaşmadığını bildirib.

"Report"un İnterfaks istinadən verdiyi xəbərə görə, almaniyalı nazir amerikalı həmkarının Afinanın borcuna yenidən baxılması barədə çağırışına çoxmənalı zarafatla cavab verib.

"Bu günlərdə mən dostum Cek Lyuya dedim ki, əgər ABŞ Yunanıstanı “dollar ittifaqı”na götürməyə hazır olsa, biz də Puerto-Rikonu avrozonaya qəbul edə bilərik. O isə mənim zarafat etdiyimi düşündü", - deyə Şoyble bildirib.

Qeyd edək ki, hazırda ABŞ valyutasından istifadə edən ada dövləti böhran keçirsə də, borcu Yunanıstanın borcundan xeyli azdır.

Son xəbərlər

Orphus sistemi