Almaniyada toyda partlayış baş verib

Almaniyada toyda partlayış baş verib Hadisə zamanı bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
16 Aprel , 2016 21:53
Almaniyada toyda partlayış baş verib

Bakı. 16 aprel.REPORT.AZ/Almaniyada keçirilən toy mərasimi zamanı partlayış baş verib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Partlayışın Şimali Reyn-Festvaliyada keçirilən hind toy mərasimində baş verdiyi bildirilir. "Bild" nəşrinin yaydığı məlumata görə, hadisə Essendə olub.

Yaralıların vəziyyəti ağırdır. Partlayışın səbəbi və insidentin təfərrüatı ilə bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi