Almaniyada terror hazırlanmasında şübhəli bilinən üç nəfər saxlanılıb

Almaniyada terror hazırlanmasında şübhəli bilinən üç nəfər saxlanılıb Əməliyyat çərçivəsində axtarışlar Berlində, Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya federal ərazilərində keçirilib
Digər ölkələr
4 Fevral , 2016 15:01
Almaniyada terror hazırlanmasında şübhəli bilinən üç nəfər saxlanılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Almaniya polisi İŞİD terror qruplaşmasının üzvlərinə qarşı keçirdiyi xüsusi əməliyyatda terror aktlarının hazırlanmasında şübhəli bilinən üç nəfəri saxlayıb.

"Report" "Bild"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində axtarışlar Berlində, Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya federal ərazilərində keçirilib.

Polisin məlumatına görə, saxlanılanların ikisi kişi, biri qadındır.

"Bild" şübhəlilərin Əlcəzairdən gələnlər olduğunu yazıb. Məlumata görə, onlardan biri analoji şübhə ilə vətənində də axtarışdadır. Həmin şəxsin Suriyaya hərbi hazırlıq keçdiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi