Almaniyada iki təyyarə toqquşub; ölənlər var

Almaniyada iki təyyarə toqquşub; ölənlər var Hadisə Qrosryukersvald kommunasında, aerodromda keçirilən bayram zamanı baş verib
Digər ölkələr
10 Sentyabr , 2016 20:23
Almaniyada iki təyyarə toqquşub; ölənlər var

Bakı. 10 sentyabr. REPORT.AZ/ Almaniyada iki yüngülmühərrikli təyyarə toqquşub. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kemniç şəhər polisinin nümayəndəsi məlumat yayıb.

Məlumata görə, hadisə Qrosryukersvald (Saksoniya federal torpağı) kommunasında, aerodromda keçirilən bayram zamanı baş verib. Təyyarələrdən biri toqquşmadan sonra eniş edə bilib, digər təyyarə isə yaxınlıqdakı meydana çırpılıb.

Qəza zamanı iki nəfər ölüb.

Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi