​Almaniyada 12 nəfər istidən dünyasını dəyişib

​Almaniyada 12 nəfər istidən dünyasını dəyişib Daha bir neçə nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
6 İyul , 2015 02:38
​Almaniyada 12 nəfər istidən dünyasını dəyişib

Bakı. 6 İyul. REPORT.AZ/ "Anelli" antiqasırğasının Almaniyaya gətirdiyi tropik istilərdən özünü qorumaq istəyən ən azı 12 nəfər su hövzələrində dünyalarını dəyişiblər.

"Report" xəbər verir ki, daha bir neçə nəfər itkin düşmüş hesab olunur.

Bir çox insanlar günvurmadan zərər çəkib.

Ölkənin bəzi vilayətlərində 40 dərəcə isti tufan və qasırğa ilə əvəz olunub. İldırım vurması nəticəsində iki nəfər zərər çəkib. Havaların pis keçməsi daha çox Şərqi Almaniyaya ziyan vurub. Bəzi yaşayış məntəqələrinin küçələri güclü leysan yağışlar nəticəsində su altında qalıb.

Son xəbərlər

Orphus sistemi