​Almaniya XİN başçısı: "Hazırda vəziyyət təhlükəlidir"

​Almaniya XİN başçısı: "Hazırda vəziyyət təhlükəlidir" Frank-Valter Ştaynmayer: "ATƏT-in üzvü olan iki dövlətin Silahlı Qüvvələrinin birbaşa hərbi qarşıdurma vəziyyətinin şahidi olduq"
Digər ölkələr
3 Dekabr , 2015 19:07
​Almaniya XİN başçısı: Hazırda vəziyyət təhlükəlidir

Bakı. 3 dekabr. REPORT.AZ/ "Hazırda vəziyyət təhlükəlidir. Sülh və sabitlik elə kövrək olub ki, mövqeyimizi mükəmmələşdirməyə aylar lazım ola bilər".

"Report"un məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin Belqradda keçirilən toplantısında bildirib.

O, Almaniyanın ATƏT-ə sədrlik edəcəyi dövrdə qurumun fəaliyyətində üstünlük verəcəkləri məsələlərdən danışıb.

Almaniyalı nazir terror hücumları və qaçqın axınından danışıb. O, noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiya təyyarəsi ətrafında yaranan vəziyyətlə bağlı bunları deyib: "Bu yaxınlarda Rusiya təyyarəsinin vurulması zamanı ATƏT-in üzvü olan iki dövlətin Silahlı Qüvvələrinin birbaşa hərbi qarşıdurma vəziyyətinin şahidi olduq", - o vurğulayıb.

Qeyd edək ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edəcək.

Son xəbərlər

Orphus sistemi