Almaniya XİN başçısı fevralın əvvəlində İrana səfər edəcək

Almaniya XİN başçısı fevralın əvvəlində İrana səfər edəcək Ştaynmayerin səfəri Tehranla ər-Riyad arasında danışıqlar üçün zəmin yaratmaq məqsədi daşıyır
Digər ölkələr
16 Yanvar , 2016 15:46
Almaniya XİN başçısı fevralın əvvəlində İrana səfər edəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İrana səfər edəcək. "Report" IRNA agentliyinə istinadən xəbər verir ki, Tehrana səfər fevralın 2-də baş tutacaq.

Agentliyin məlumatına görə, Ştaynmayerin səfəri Tehranla ər-Riyad arasında danışıqlar üçün zəmin yaratmaq məqsədi daşıyır.

IRNA qeyd edir ki, Almaniya XİN başçısı bundan əvvəl İran və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışığı həyata keçirib və onları gərginliyi artırmamağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi