Bakı. 2 dekabr. REPORT.AZ/ Fransa və Almaniya hökümətləri Türkiyənin cənubunda yerləşən NATO-nun "İncirlik" hərbi bazasından istifadə etmək məqsədi ilə Ankaraya rəsmi müraciət ünvanlayıb.
"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, sözü gedən bazadan indiyə kimi ancaq ABŞ-a məxsus hərbi təyyarələr istifadə edib. Ancaq yaxın vaxtlarda vəziyyət dəyişə bilər. Çünkü Berlin və Paris İŞİD-ə qarşı daha aktif mübarizə aparmaq istəyir.
Qeyd edək ki, hazırda Türkiyədə 1200 amerikalı hərbçi var.