​Almaniya rəsmisi: "Ölkədə hər an basqın törətməyə hazır olan 430 radikal sələfi var"

​Almaniya rəsmisi: "Ölkədə hər an basqın törətməyə hazır olan 430 radikal sələfi var" Hans-Georq Maasen: "Son zamanlar Almaniyanın xüsusi xidmət orqanları 150 belə fakt aşkarlayıb"
Digər ölkələr
11 Dekabr , 2015 14:00
​Almaniya rəsmisi: Ölkədə hər an basqın törətməyə hazır olan 430 radikal sələfi var

Bakı. 11 dekabr. REPORT.AZ/ "Almaniyada hər an basqın etməyə hazır olan yüzlərlə "radikal sələfi" yaşayır".

"Report" "Deutsche Welle"-yə istinadən xəbər verir ki, bunu Almaniya Konstitusiyasını Müdafiə Federal Xidmətinin başçısı Hans-Georq Maasen bildirib.

O qeyd edib ki, hazırda Almaniyada radikal islamçıların 1100 tərəfdarı var: "Onların 430-u zorakılıq etməyə potensial hazır şəxslərdir. Həmin adamların hər an ciddi cinayət əməli törətməsi gözlənilir".

Maaseninin sözlərinə görə, "radikal sələfilər" Yaxın Şərqdən qaçan və Almaniyaya sığınanlar arasında özünə tərəfdarlar toplayır: "Son zamanlar Almaniyanın xüsusi xidmət orqanları 150 belə fakt aşkarlayıb".

Almaniyanın Şimal Reyn-Vestfaliya Federal Torpağının daxili işlər naziri Ralf Yeqer bildirib ki, ölkədə 4 milyon müsəlman yaşayır.

Son xəbərlər

Orphus sistemi