Almaniya rəsmisi Minsk sammitini şübhə altında qoyub

Almaniya rəsmisi Minsk sammitini şübhə altında qoyub O qeyd edib ki, bunun üçün hələ çox iş görülməlidir
Digər ölkələr
9 Fevral , 2015 21:09
Almaniya rəsmisi Minsk sammitini şübhə altında qoyub

Bakı. 9 fevral. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Ukrayna münaqişəsi ilə bağlı fevralın 11-də Minskdə gözlənilən sammitin baş tutmasını şübhə altında qoyub. O qeyd edib ki, bunun üçün hələ çox iş görülməlidir.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, bu sammitdə Rusiya, Ukrayna, Fransa və Almaniyanın liderləri iştirak etməlidir.

Belə bir sammitin keçirilməsini Almaniya bu günlərdə bəyan edib. Bundan əvvəl Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande, Ukrayna prezidenti Petro Poroshenko və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Kreml yanvarın 9-da bəyan edib ki, Putin Ukrayna ilə bağlı iltimatumları qəbul etməyəcək.

Son xəbərlər

Orphus sistemi