Bakı. 4 iyun. REPORT.AZ/ Almaniyanın federal prezidenti Yoahim Qauk ikinci dəfə bu ali vəzifəyə seçilmək üçün namizədliyini irəli sürməkdən imtina edib.
"Report" "Bild" qəzetinə istinadən xəbər verir ki, 76 yaşlı Y.Qauk bazar ertəsi kansler Angela Merkel ilə görüşəcək və ona qərarının səbəbləri barədə məlumat verəcək. O, çərşənbə axşamı bu xəbəri ictimaiyyətə açıqlayacaq.
"Bild"in yazdığına görə, prezidentin bu addımı onun yaşı və sağlamlıq problemləri ilə əlaqədardır.