Almaniya polisi terrorizmdə şübhəli bilinən Rusiyanın 14 vətəndaşını saxlayıb

Almaniya polisi terrorizmdə şübhəli bilinən Rusiyanın 14 vətəndaşını saxlayıb Onlardan biri Suriyada İŞİD terror qruplaşmasına qoşulmağı planlaşdırıb
Digər ölkələr
25 Oktyabr , 2016 15:51
Almaniya polisi terrorizmdə şübhəli bilinən Rusiyanın 14 vətəndaşını saxlayıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Almaniya polisi terrorçuluğun maliyyələşdirilməsinin təşkilində şübhəli bilinən Rusiyanın 14 vətəndaşını müəyyən edib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, onlar 11-i kişi və 3-ü qadın olmaqla çeçendirlər.

Məlumata görə, onlar sığınacaq axtaran və qeydiyyatdan keçmiş qaçqınlardır və hazırda Almaniyada yaşamağa icazə verilməsi ilə bağlı qərar gözləyirlər.

Almaniya hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, onlardan 28 yaşlı kişi Suriyada İŞİD terror qruplaşmasına qoşulmağı planlaşdırıb.

Almaniya prokurorluğu onu ölkə ərazisində terror aktı planlaşdırılması şübhəsi ilə 2015-ci ilin sonundan etibarən müşahidə edib.

Digər 13 şübhəli 21-31 yaş arası gənclərdir. Hazırda onlar terrorçuluğun maliyyələşdirilməsi şübhəsi üzrə yoxlanılırlar.

Son xəbərlər

Orphus sistemi