​Almaniya polisi etiraz aksiyasının 400 iştirakçısını saxlayıb

​Almaniya polisi etiraz aksiyasının 400 iştirakçısını saxlayıb Hadisə ölkənin Ştutqart şəhərində baş verib
Digər ölkələr
30 Aprel , 2016 15:08
​Almaniya polisi etiraz aksiyasının 400 iştirakçısını saxlayıb

Bakı. 30 aprel. REPORT.AZ/ Almaniya polisi "Almaniya üçün alternativ" Partiyasının qurultayını pozmağa cəhd edən yürüşün 400 iştirakçısını həbs edib.

"Report" xəbər verir ki, bu haqda "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, solyönlülərlə sağyönlü patiyasının qurultayının iştirakçıları arasında qarşıdurma olub. Solçular "Almaniya üçün alternativ" Partiyasının qurultay nümayəndələrinin tədbirə qatılmasına mane olmaq istəyiblər.

Almaniyanın Ştutqart şəhərində baş verən qarşıdurmada polis aksiya iştirakçılarına qarşı bibər qazı tətbiq edib.

Qurultayda Almaniyanın islamlaşdırılmasına qarşı manifestin qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, "Almaniya üçün alternativ" Partiyası 3 il əvvəl təsis olunub. Siyasi təşkilatın rəhbərliyi hesab edir ki, 2017-ci ildə keçiriləcək seçkidə Almaniya parlamentinə düşə biləcəklər. 

Son xəbərlər

Orphus sistemi