Bakı. 10 dekabr. REPORT.AZ/ Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Tornado" tipli kəşfiyyat təyyarələri Türkiyənin cənubundaki "İncirlik" hərbi bazasında yerləşdirilib.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, "Tornado" təyyarələri Suriya və İraq ərazisində terrorçu "İŞİD" qruplaşmasına qarşı əməliyyatlarda yalnız kəşfiyyat məqsədli uçuşlar həyata keçirəcək. Alman pilotlar "İŞİD" mövqelərini bombalamayacaq.