Almaniya hərbçiləri İraqdan çıxır

Almaniya hərbçiləri İraqdan çıxır Hollandiya, Belçika və Macarıstandan olan təlimatçılar da kürdlərə təlim keçirlər
Digər ölkələr
23 Sentyabr , 2016 17:16
Almaniya hərbçiləri İraqdan çıxır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Yezidi kürdləri, ölkənin şimalındakı kürd muxtariyyətinin silahlılarını ("peşmərgələr") təlimatlandıran Almaniya hərbçiləri İraqdan çıxır.

"Report" İHA-ya istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Ursula von der Leyen hərbi təlimatçılarının xidməti müddətinin başa çatdığını bildirib.

Məlumata görə, almaniyalı 140 həbrçi 2015-ci ilin yanvarından Ərbildə kürd silahlılarının təlimatlandırılması ilə məşğul olub.

Xəbərdə bildirilib ki, onların təlimatlandırdığı silahlılar terrorçu İŞİD-ə qarşı döyüşəcək potensial qüvvə sayılır.

Məlumatda həmçinin almaniyalı hərbçilərlə yanaşı, Hollandiya, Belçika və Macarıstandan olan təlimatçıların da kürdlərə təlim keçdikləri vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi