​Almaniya hakimiyyəti 1 milyonadək qaçqın qeydə alıb

​Almaniya hakimiyyəti 1 milyonadək qaçqın qeydə alıb Sığınacaq istəyənlərin əksəriyyəti ölkəyə Suriyadan gəlib
Digər ölkələr
8 Dekabr , 2015 04:31
​Almaniya hakimiyyəti 1 milyonadək qaçqın qeydə alıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Noyabrın sonunda Almaniyada 965 000 qaçqın qeydə alınıb.

"Report"un "Die Welt"ə istinadən verdiyi xəbərə görə, hakimiyyətin ilin sonunadək qaçqınların sayının 800 000 nəfərə çatacağı barədə rəsmi proznozları özünü doğrultmayıb.

Noyabrda AFR-nın hakimiyyəti 206 000 miqrant qeydə alıb.

Almaniya XİN rəhbəri Tomas de Mezyeranın sözlərinə görə, sığınacaq istəyənlərin yarıdan çoxu (484 000 nəfərədək) ölkəyə Suriyadan gəlib.

Bir qədər öncə Almaniya kansleri Angela Merkel miqrant axınına nəzarətin gücləndirilməsinin vacibliyinə dair açıqlama vermişdi. 

Son xəbərlər

Orphus sistemi