Almaniya DİN: Ölkədə hücum təhlükəsi yüksək olaraq qalır

Almaniya DİN: Ölkədə hücum təhlükəsi yüksək olaraq qalır Almaniyada qaçqınların terror quruplaşmaları ilə əlaqələri üzrə 59 cinayət işi açılıb
Digər ölkələr
25 İyul , 2016 17:27
Almaniya DİN: Ölkədə hücum təhlükəsi yüksək olaraq qalır

Bakı. 25 iyul. REPORT.AZ/ "Münhen və Ansbaxda baş verən hadisələrdən sonra Almaniyada hücum təhlükəsi yüksək olaraq qalır".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tobias Plate deyib.

"Almaniyada uzun müddətdir hücum təhlükəsi yüksək olub və elə indi də yüksəkdir", - deyə T.Plate bildirib.

Bundan əlavə, Almaniya daxili işlər naziri Tomas de Mezyer bütün miqrantları terrorçuluqda şübhəli bilməyin səhv olduğunu bəyan edib.

"Hazırda Almaniyada qaçqınların terror quruplaşmaları ilə əlaqələri üzrə 59 cinayət iş açılıb", - deyə, o bildirib.

Tomas de Mezyer Almaniya sərhədlərini yaxşı qorumağın, qaçqınların qanuni və təhlükəsiz yollarla müəyyən həddə ölkəyə gəlişinə maneə törətməməyin zəruriliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi