Almaniya Bundestaqı miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin lehinə səs verib

Almaniya Bundestaqı miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin lehinə səs verib Qəbul edilmiş qaydalar qaçqınların sərhəddə qəbulu üçün xüsusi məntəqələrin yaradılmasını nəzərdə tutur
Digər ölkələr
25 Fevral , 2016 17:25
Almaniya Bundestaqı miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin lehinə səs verib

Bakı. 25 fevral. REPORT.AZ/ Almaniya Bundestaqı bir neçə aylıq müzakirələrdən sonra bu gün miqrasiya qanunvericiliyinin sərtləşdirilməsinin lehinə səs verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Almaniyada sığınacaq hüququ olmayan qaçqınların daha tez deportasiyasını özündə əks etdirən qanuna əlavənin səsverməsində 429 deputat lehinə, 147-si əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Yeni qanunvericilik sərhədlərdə xüsusi qəbul məntəqələrinin yaradılmasını nəzərdə tutur. Məhz burada miqrantın Almaniyadan sığınacaq almaq üçün müraciət etməyə hüququnun olub-olmaması barədə ilkin qərar veriləcək. Belə hüququ olmadıqda insanlar dərhal ölkədən xaric ediləcək. Qəbul edilən qaçqınlarla bağlı işin baxılması müddəti bir neçə həftəyə qədər azaldılmalıdır.

Bundestaq bu gün həmçinin Almaniyada cinayət törətmiş, bir ildən çox həbs cəzası almış şəxslərin ölkədən daha sürətli deportasiya edilməsi haqqında qanun da qəbul edib.

Hər iki qanun sabah Bundestaqın iclasında təsdiq edilməlidir.

Son xəbərlər

Orphus sistemi