Almaniya Avstriya ilə qatar səfərlərini dayandırdı

Almaniya Avstriya ilə qatar səfərlərini dayandırdı Qərar ilk etapta bir gün müddəti ilə tətbiq olunacaq
Digər ölkələr
13 Sentyabr , 2015 20:43
Almaniya Avstriya ilə qatar səfərlərini dayandırdı

Bakı. 13 sentyabr. REPORT.AZ/ Almaniya Avstriyadan gələn qatar səfərlərini dayandırıb.

"Report"-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, hər gün minlərlə qaçqının Almaniayaya keçdiyini bildirən "Avstriya Dəmir Yolları" rəsmiləri, qərarın ilk etapta 1 gün müddəti ilə tətbiq olunduğunu qeyd ediblər.

Hazırda Avstriyadan Almaniyaya hərəkət edən "Railjets" qatarında 2 minə yaxın mühacir var. Onların sərhəddən buraxılıb biraxılmayacağı məlum deyil.

Qatar səfərlərinin dayandırılmasının ardından qatar stansiyalarında polislə miqrantlar arasında qarşıdurma yaranacağı istisna olunmur.

Son xəbərlər

Orphus sistemi